Azərbaycanlı atletdən mükəmməl nəticə

Azərbaycanlı atletdən mükəmməl nəticə

Tokio Olimpiyadasında Türkiyə millisinin heyətində çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda 2-ci yeri tutaraq yarımfinala yüksəlib.

Olimpiya Oyunlarının 11-ci günündə Quliyev 200 metr məsafəyə qaçış üçün zolağa çıxıb.

Üçüncü mərhələdə qaçış zolağına çıxan dünya çempionu 20.54 göstərici ilə 2-ci yeri tutub və digər mərhələnin nəticəsini gözləmədən adını birbaşa yarımfinala yazdırıb.

Qeyd edək ki, Ramil Quliyev Azərbaycan idmanındakı özbaşınalıq və qanunsuzluqdan bezərək ölkəni tərk etdiyini daim müsahibələrində bildirir.