Azərbaycanlı Hüseyn altı medal qazandı

Azərbaycanlı Hüseyn altı medal qazandı

Azərbaycanlı idman gimnastı Hüseyn Xəlilov Rusiyada altı medal qazandı

Rusiyanın Çelyabinsk şəhərində idman gimnastikası üzrə ümumrusiya turniri keçirilib. Medal qazananlar arasında azərbaycanlı gimnast Hüseyn Xəlilov da var. O, 5 dəfə qızıl medala, 1 dəfə isə bürünc medala layiq görülüb. Yaşıdları arasında 6 medal qazanan Hüseyn Xəlilova kubok və hər qazandığı medala görə pul mükafatı verilib.