Azərbaycanlı MMA döyüşçüsü ermənini məğlub etdi-VİDEO

Azərbaycanın MMA döyüşçüsü Elnar İbrahimov "NFC fight"da (Naiza Fighting Championship) növbəti görüşünə çıxıb.

61 kq-da mübarizə aparan idmançımız Qazaxıstanın Almatı şəhərində baş tutan döyüşdə Ermənistan təmsilçisi Varşan Gevorqyanla üz-üzə gəlib.

E.İbrahimov erməni rəqibini bütün raundlarda üstələyərək mütləq qələbə qazanıb.

Qeyd edək ki, Elnar İbrahimovun aktivində 17 qalibiyyət və 5 məğlubiyyət var.