Bakıda küçəyə dollar səpən idmançını millidən qovdular

Bakıda küçəyə dollar səpən idmançını millidən qovdular

Halk ləqəbli Azərbaycanlı cüdoçu, Avropa Çempionatının gümüş və bürünc medalçısı Elmar Qasımov Bakıda küçəyə pul səpib və bu hərəkətini videoya çəkib, paylaşıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, idmançını millidən qovublar. 

Tanınmış cüdoçu, uzun müddət Azərbaycan yığmasının üzvü olmuş və müxtəlif titullar qazanmış Elmar Qasımovun bu videosundan sonra Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti idmançı ilə bağlı maraqlı informasiya yayıb. Xəbərdə deyilir ki, Elmar Qasımovun intizamsızlığı ilə bağlı ona dəfələrlə xəbərdarlıq edilib və idmançı yığmann heyətindən artıq kənarlaşdırılıb: 

"Elmar Qasımov Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, instaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb.

Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq".

Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.