"Barselona" Levandovski ilə 4 illik müqavilə imzalayacaq

"Barselona" Levandovski ilə 4 illik müqavilə imzalayacaq

İspaniyanın "Barselona" futbol klubu polşalı hücumçu Robert Levandovski ilə 4 illik müqavilə imzalayacaq.

Bu barədə "Barselona"nın mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, R.Levandovskinin Almaniyanın "Bavariya" komandasından transferinin məbləği 45 milyon avro və bonus olaraq 5 milyon avro təşkil edib.

Qeyd edək ki, hücumçunun transferi iyulun 16-da açıqlanıb. (trend)