Boksçumuz erməni rəqibini məğlub etdi

Boksçumuz erməni rəqibini məğlub etdi

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib. O, növbəti raundda tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.