"Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm"

"Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm"
“Bu həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir”. Bu sözləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Qara Qareyev deyib. Onun sözlərinə görə, doğma kəndinin düşməndən azad edilməsini sözlərlə ifadə etmək mümkün deyil: “Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!”