Güləşçimiz erməni rəqibini məğlub etdi

Güləşçimiz erməni rəqibini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda 1/4 finala yüksəlib.

61 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Fransanı təmsil edən erməni Arman Yeloyanla üz-üzə gəlib.

Qvarzatilov rəqibini 9:5 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Onun növbəti rəqibi Georgi Valentinov Vangelov (Bolqarıstan) olacaq.