Güləşçimiz erməniyə qalib gəldi

Güləşçimiz erməniyə qalib gəldi

Turan Bayramov erməni idmançıya qalib gəlib bürünc medal qazandı 

Sərbəst güləş üzrə Azərbaycanı təmsil edən Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə keçirilən yarışmada (Kiyevin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda) bürünc medal uğrunda mübarizə aparıb. 

O, Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib. Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.