Kriştianu Ronaldu het-trik sayında rekorda imza atıb

Kriştianu Ronaldu het-trik sayında rekorda imza atıb

Kriştianu Ronaldu het-trik sayında rekorda imza atıbKriştianu Ronaldu Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

36 yaşlı hücumçu buna Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda het-trik edərək nail olub.

Beləliklə, Ronaldu yığmada 10-cu het-trikini rəsmiləşdirib. Daha əvvəl hansısa futbolçu bu uğura imza ata bilməyib.

Millidəki qollarının sayını 115-ə çatdıran forvard özünə məxsus bombardirlik rekordunu da yeniləyib.

Qeyd edək ki, əsas rəqibindən bir oyun az keçirən Portuqaliya 16 xalla A qrupunda ikinci pillədə qərarlaşıb. Serbiya seçməsi 17 xalla liderdir. (report)