Məşhur futbolçu: Hər oyundan öncə Quran dinləyirəm

Məşhur futbolçu: Hər oyundan öncə Quran dinləyirəm

Fransalı futbolçu- "Real Madrid"-in hücumçusu və vitse-kapitanı, Fransa yığmasının oyunçusu Kərim Benzema bildirib ki, Qurani-Kərimin dinlənilməsini öz idman hazırlığının bir hissəsi hesab edir.

Məşhur idmançı deyib ki, hər oyundan və məşqdən öncə Quran ayələrini dinləyir.

Qeyd edək ki, Benzema əslən Əlcəzairdəndir. O, ibadət edən bir müsəlmandır. Yayın istisinə və ağır məşqlərə baxmayaraq o, müqəddəs Ramazan ayında orucunu da tutur, onu tez-tez məscidlərdə də görürlər.

"Mənə qol vurmağa kim yardım edir? Allah!", – deyə Kərim müsahibələrindən birində bildirmişdi.

Həmçinin müsəlman futbolçu öz xeyriyyə fəaliyyəti ilə də məşhurdur. Məsələn, o, Lion şəhərində məscidin inşası üçün 3 milyon avro pul sərf edib.