Məşhur futbolçu komandasını tərk etməyəcək

Məşhur futbolçu komandasını tərk etməyəcək

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Donni van de Bek komandanı tərk etməyəcək

Klub rəhbərliyi niderlandlı yarımmüdafiəçini icarəyə verməkdən imtina edib.

Mançesterlilər oyunçunu buraxmaq niyyətində deyil. Baş məşqçi Ole-Qunnar Sulşer Donniyə etimad göstərdiyindən onun komandadan ayrılmasını istəmir.

Qeyd edək ki, van de Bek cari mövsüm Premyer Liqada 11 oyunda 1 qol vurub.(apasport)