Məşhur futbolçular Ramazan ayını təbrik etdi

Məşhur futbolçular Ramazan ayını təbrik etdi

Futbolçular Sadio Mane və Riyad Mahrez Ramazan ayının gəlişi münasibətilə islam dünyasını və müsəlmanları təbrik edib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, onlar sosial şəbəkə hesablarından "Bütün qardaşlarımızın Ramazan ayı mübarək olsun!" paylaşımı ilə diqqət çəkiblər.

Əlcəzairli idmançı Mahrez Ramazan ayının xeyirli keçməsini arzulayıb: "Allah orucumuzu asanlaşdırsın. Ehtiyacı olan bütün insanlar üçün dua edək!"