Məsut Özilin İstanbula gəlişini 312 min nəfər izlədi

Məsut Özilin İstanbula gəlişini 312 min nəfər izlədi

"Arsenal"ın yarımmüdafiəçisi: "Məsut Özilin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib"

"Fənərbaxça" klubu rəsmi saytı vasitəsilə ulduz futbolçu ilə transfer görüşlərinə başlanıldığını bəyan edib.

Türkiyədə adətən bu cür bəyanatın futbolçunun transferinin həll olunduğu zaman yayıldığını nəzərə alsaq, yalnız rəsmi sözləşməyə qol çəkməyin qaldığını söyləmək olar. Həmçinin Özil özü də NTV kanalına açıqlamasında keçidi təsdiqləyib.

 "Fənərbaxça"ya keçəcəyim üçün çox xoşbəxtəm. "Fənərbaxça"lı olaraq o formanı geyinməyi Allah mənə nəsib etdi. Bu klub üçün əlimdən gələni edəcəyəm deyən 33 yaşlı pleymeyker artıq İstanbuldadır. Onun İstanbula gəlişini canlıda 312 min insan izləyib.

Özil sosial şəbəkə vasitəsilə mövsümün sonuna qədər "sarı-lacivərdlilər"də 67 nömrəli formanı geyinəcəyinə işarə vurub. Bu transferdə böyük rol oynayan tanınmış iş adam Acun İlıcalı ulduz futbolçunu qarşılamaq üçün Dominikan Respublikasından Türkiyəyə qayıdıb.

Qeyd edək ki, Məsut Özil "Fənərbaxça" ilə 3,5 illik müqavilə imzalayacaq.