Maradona formasını satıb kasıblara yardım etdi

Maradona formasını satıb kasıblara yardım etdi

Argentina milli komandasının keçmiş futbolçusu Dieqo Maradona xeyriyyə aksiyası keçirib. O, dünya çempionu olduğu imzalı formasının vasitəsi ilə xeyriyyəçilik edib. 

Bu barədə "El Correo"ya məlumat yayıb. Sabiq hücumçu qızıl medal qazandıqları 1986-cı il dünya çempionatındakı avtoqraflı futbolkası ilə 90 kq ərzaq məhsulu, maska və antiseptic maddə toplayıb.

Onların hamısı Rene Favaloro rayonunun sakinləri arasında bölüşdürüləcək.

Qeyd edək ki, aksiya paytaxt Buenos-Ayres ətrafındakı kasıb sakinlərə dəstək məqsədilə təşkil olunub. Əvvəlcə formanı hərracda satmaq planlaşdırılıb.

Lakin sonradan futbolkanın daha çox yardım edənlər arasında oynanılması qərara alınıb.(report)