Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı 

Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı 

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov vəzifəsindən ayrılıb.

Bu barədə o, feysbuk hesabında status yazıb. İbrahimov 15 illik "Qarabağ" karyerasının sona çatdığını bildirib.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.