"Qalatasaray"a 15 milyonluq təklif

"Qalatasaray"a 15 milyonluq təklif

"Qalatasaray"ın futbolçusu Markao Teyşeyra Rusiyadan təklif alıb.

"Zenit" müdafiəçi üçün 15 milyon avro ödəməyə razıdır.

Amma 26 yaşlı braziliyalı isə Rusiyada oynamaq istəmir. Bundan əvvəl "Sevilya"nın 12 milyon avroluq təklifini rədd edən Türkiyə klubu Markao üçün 20 milyon tələb edir.

Qeyd edək ki, müqaviləsi 2024-cü ildə başa çatacaq Markao ötən mövsümün 38 matçında 1 qol vurub.(apa)