Qondarma bayrağa görə FİFA-ya müraciət ünvanlanacaq

Qondarma bayrağa görə FİFA-ya müraciət ünvanlanacaq

Bu gün keçirilən Ermənistan - Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında qondarma rejimin bayrağı asılıb.

Bununla bağlı AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.

Bu barədə qurumun rəsmi feysbuk hesabında payalaşım edilib.

"2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan - Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq", - deyə paylaşımda bildirilib.