Şəhriyar Aronyanı mat etdi

Şəhriyar Aronyanı mat etdi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla Ermənistan təmsilçisi Levon Aronyan arasında 3-cü yer uğrunda mübarizə başa çatıb.

Qarşılaşma 35-ci gedişdə təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə önə keçib və sonuncu partiyaya ehtiyac duyulmadan, 3-cü yerin sahibi olub.