Şəhriyar Məmmədyarov yenə qalibdir

Şəhriyar Məmmədyarov yenə qalibdir

Şəhriyar Məmmədyarov "Norway Chess" beynəlxalq şahmat turnirində ikinci qələbəsini qazanıb 

Norveçin Stavanger şəhərində "Norway Chess" beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. Şahmatçımız bolqarıstanlı Veselin Topalovu məğlub edib.

Teymur Rəcəbov isə üçüncü turda hazırkı dünya çempionu Maqnus Karlsenə uduzub. Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən turlarda norveçli Aryan Tari üzərində qələbə qazanıb, fransalı Maksim Vaşye-Laqrava isə məğlub olub. T.Rəcəbov isə ABŞ təmsilçisi Uesli Soya uduzub, Aryan Tarini məğlub edib. Ötən üç turun nəticəsinə görə, Ş.Məmmədyarov 4, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.

"Norway Chess" turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi "armageddon"da müəyyənləşdirirlər.