Şahmat Federasiyasının yeni baş katibi

Şahmat Federasiyasının yeni baş katibi

Azərbaycan Şahmat Federasiyası (AŞF) rəhbərliyi və İcraiyyə Komitəsinin üzvlərinin yeni tərkibdə keçirilən ilk iclasında qurumun baş katibi təsdiqlənib. Yeniyetmələr arasında dünya çempionu, beynəlxalq qrossmeyster İlahə Qədimova AŞF-nin baş katibi təyin olunub. O, bu postda Faiq Həsənovu əvəzləyib.

Faiq Həsənov federasiyada I vitse-prezident seçilib.