Şahmatçılarımız qələbə qazandı

Şahmatçılarımız qələbə qazandı

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş başa çatıb. Beşinci partiyada rəqibini məğlub edən Məmmədyarov yekunda 3:2 hesablı qələbə qazanıb.

Azərbaycan şahmatçılarından Teymur Rəcəbov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib. (uinikal.org)