Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu

Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu

Avropa çempionatının son günü iki taekvondoçumuz dayanq üzərinə çıxacaq.

Təmsilçilərimiz Payam Qobadi Oğaz (87 kq) və Olimpiya çempionumuz Radik İsayev (87 kiloqramdan yuxarı) mübarizəyə qoşulacaqlar. Payam Qobadi Oğaz ilk qarşılaşmasında Yunanıstan təmsilçisi Nikolaos Tzellos ilə üz-üzə gələcək. Radik İsayevin ilk rəqibi isə serbiyalı Milos Golubovic olacaq.

Qeyd edək ki, komandamızın aktivində 2 medal var. Belə ki, Milad Beigi Hərçəqani (80 kq) gümüş, Minayə Əkbərova (46 kq) bürünc medal qazanıblar.

Millimiz turnirdə 11 idmançı ilə təmsil olunur. Yarışa aprelin 11-də yekun vurulacaq.