Tayson həbsxana həyatından DANIŞDI: "Məndən qorxurdular..."

Tayson həbsxana həyatından DANIŞDI: "Məndən qorxurdular..."

 Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson 3 illik həbs həyatı haqda danışıb

Əfsanəvi boksçu "The Pivot Podcast" YouTube kanalına müsahibəsində həyatının ən yaxşı 3 ilini həbsdə keçirdiyini deyib: "Narahat deyildim. Əgər sizing həyatınızda sabitlik və tarazlıq yoxdursa, pul heç nə demək deyil. Yeməyim yaxşı idi, hamı mənimlə mehriban davranırdı".

Ətraflı Tayson əlavə edib ki, məhbuslar ondan qorxurdular, lakin eyni zamanda ona hörmət edirdilər.

Tayson 1992-ci ildə zorlama ittihamı ilə 6 il həbs cəzasına məhkum edilib. Boksçu onu ittiham edən qadınla cinsi əlaqənin razılıq əsasında olduğunu iddia edib. Demək olar ki, üç il dəmir barmaqlıqlar arxasında yatdıqdan sonra 1995-ci ildə azadlığa çıxıb.

Tayson televiziya verdiyi müsahibələrindən birində çox maraqlı məqamlara toxunub:

 "Həbsxanada olduğum müddətdə də lüks bir yerdə qalırdım. Sadəcə, çöldəki kimi deyildi. Yeməyim vardı, istədiyim hər şeyə sahib olurdum. Orada qız dostlarım belə vardı".

Mayk həyatının daha fərqli olduğunu vurğulayıb: "Azadlıqda olduqdan sonra açığı çox qorxdum. Sizlərə belə bir vəziyyətlə üzləşməyi arzulamazdım. Əvvəl bank hesabımda 400 milyon dolar pulum vardı. Ancaq sonra 4000 saniyədə necə həyatda qalacağımı bilmirdim".

Tayson 1987-1990-cı illərdə mütləq ağır çəkidə dünya çempionu olub. 55 yaşlı keçmiş idmançının peşəkar boksda 50 qələbəsi və altı məğlubiyyəti var.