Unay Emeri futbol klubu alır

Unay Emeri futbol klubu alır

Unay Emeri klub alır – atası və babasının oynadığı komandanı İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri futbol klubu alır.

Mütəxəssis "Real Union" klubuna sahib olmağa qərar verib.

İrun şəhərinin təmsilçisi üçüncü divizion hesab edilən B Sequndasında çıxış edir. Alqı-satqıda Emerinin özü deyil, vəkili Xosu Reta təmsil olunur.

"Real Union" İspaniya çempionatının əsasını qoyan klublardan biridir. La Liqanın ilk mövsümündə iştirak edən komanda 1913-27-ci illərdə 4 dəfə İspaniya kubokunun qalibi olub.

Qeyd edək ki, Emerinin atası Xuan və babası Antonio bu komandada oynayıb. Antonio ölkə kubokunu da qazanıb. Onların hər ikisi qapıçı olub.