Yaponiyada əhali olimpiadaların ləğv edilməsini istəyir

Yaponiyada əhali olimpiadaların ləğv edilməsini istəyir

Yaponiyada Tokyo Olimpiadaları və Paralimpiya Oyunlarının keçirilib-keçirilməməsi ilə bağlı “Kiodo” agentliyi sorğu keçirib.

Sorğu təsadüfi seçilmiş 700-dən çox seçici və 1200-dən çox mobil nömrə sahibləri arasında telefon vasitəsilə aparılıb. Aparılan sorğuya görə, iştirakçıların təxminən 80 faizi, iyul ayında keçirilməsi planlaşdırılan Tokyo Olimpiadaları və Paralimpiya Oyunlarının ləğv edilməli və ya vaxtının uzadılmalı olduğunu bildirib.

Sorğu iştirakçılarından 35,3 faizi oyunların ləğvi, 44,8 faizi isə vaxtının uzadılması üçün səs verib.(yeniavaz.com)