Zidan dünyanın ən yaxşı baş məşqçisi seçildi 

Zidan dünyanın ən yaxşı baş məşqçisi seçildi 

Fransanın "L Equipe" nəşri hazırkı məqamda dünyanın ən yaxşı baş məşqçisini seçib

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, İspaniyanın "Real Madrid"in baş məşqçisi Zinəddin Zidan "L'Equipe" nəşrinin versiyasına görə, dünyanın ən yaxşı məşqçisi elan edilib.

Fransalı mütəxəssisi İngiltərənin "Liverpul" klubunun almaniyalı baş məşqçisi Yurgen Klopp izləyir. İlk "3-lüy"ü isə "Mançester Siti"nin sükanı arxasında olan Xosep Qvardiola tamamlayır.

Qeyd edək ki, "Real Madrid" 2019/2020 mövsümündə Zinəddin Zidanın rəhbərliyi altında La Liqanın qalibi olub. "Kral klubu" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda isə evdə "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub.