3 ürəkli, 9 beyinli canlı

3 ürəkli, 9 beyinli canlı

Dünyada 300 növü bəlli olan ahtapot (octapus) çox maraqlı canlıdır.

Vetenugrunda.az ən məşhur növlərindən biri olan mavi ahtapot haqqında məlumat verəck:

Bu canlı 3 ürək, 9 beyin və mavi qan daşıyır. 3 ürəkdən 2-si qəlsəmələrə, bir böyük ürək isə əzələlərə qan pompalayır. 9 beyindən ən böyüyü olan mərkəzi beyin, sinir sistemini, digər beyinlər isə qollarda yerləşərək hər bir qolun müstəqil idarə etməsini təmin edir. Elə məhz bu xüsusiyyətinə görə Ahtapotlar ən ağıllı heyvan hesab olunurlar, hətta əhliləşdirilmiş ev itlərini belə bir çox sahələrdə geridə buraxırlar.

Qanlarının mavi olması həmin mayenin zəngin mis tərkibli olması ilə əlaqəlidir ki, soyuq sularda belə oxigen daşımalarını və transfer prosesini təmin edir. Çox gözəl komuflyaj olma və ya uyğunlaşma özəllikləri vardır. Özünü müdafiə sistemləri çox mükəmməl bir fərqlilik ərz edir: belə ki, qorxduqlarında və hücuma məruz qaldıqlarında özlərindən "zəhərli mürəkkəb" deyilən tünd rəngli maye ifraz edərək düşmənlərini müvəqqəti kor edə bilirlər.

Ahtapotlarda nəsilartırma hər erkək və dişinin ölümü ilə nəticələnir. Belə ki, okeanın müxtəlif qatlarında, o cümlədən mərcan qayaları, pelagik zonada və dəniz dibində yaşayan ahtapotlar adətən tez böyüyən və qısaömürlü heyvandır. Cütləşmədən sonra erkək ahtapotun hüceyrələri sürətlə qocalır və o ölür. Dişi ahtapot, döllənmiş yumurtaları bir yuvaya qoyduqdan sonra 7 ay yemədən - içmədən yumurtanın üstnüdə yatır və yumurtaların çatlamasını gözləyir. Yumurtalar çatlayıb, balaları çıxdıqdan sonra dişi ahtapot da ölür. 

Qeyd edək ki, bütün ahtapotlar zəhərlidir, amma təkcə mavi ahtapot insanlar üçün ölümcül zəhərə malikdir.

Bu canlı ədəbiyyatda da müxtəlif adlarla və ifadələrlə təsvir edilib. Qədim xalqların folklorunda bu canlı dəniz canavarı kimi təsvir edilib. Victor Hugonun "Dəniz işçiləri" romanında bir ahtapotla olan çarpışma səhnəsi  Flemingin "Ahtapot" adlı əsərinin yaranması üçün ilham mənbəyi olub.

Yaponlarin ən qədim erotik mədəniyyətləri olan Şunqa (shunga) fəlsəfəsi insanları ahtapotun möcüzələrinə inandırmağa çalışırdı. Bu canlının insanda şəhvət hissini və törəmə qabiliyyətini artırması iddiası yaponların qədim inanclarında müxtəlif formalarda ifadə olunub.