ABŞ-ın növbəti bəlası -cicada böcəyi

ABŞ-ın növbəti bəlası -cicada böcəyi

Eşşək arısından sonra ABŞ bu dəfə cicada böcəyi ilə üz-üzə qaldı...

Dünyanı öz təsiri altına salan koronavirus panmdemiyasının ən çox ölümə səbəb olduğu ölkələrdən biri də ABŞ-dır. Son məlumata görə ölkədə 100 min insan koronavirusdan ölüb.

Ölkənin bəzi əyalətlərində 1,5 milyona qədər Cicada böcəyi yayıla bilər. Bundan isə ən çox zərər çəkənlər Virciniya, Şimali Karolina və Qərbi Virciniya bölgələri ola bilər. "Magicicada septendecim" böcəkləri ən uzunömürlü böcəklər sayılırlar.

Həşəratların həyatı yerin altından başlayır və onlar ağac köklərinin suyunu içərək bəslənirlər. 13 və ya 17 il bu şəkildə yaşadıqdan sonra yer üzünə çıxırlar. Onlar yumurta qoyandan sonra isə ölürlər.