Rusiyalı milyarder xoruz qanı içib öldü

Rusiyalı milyarder xoruz qanı içib öldü

Rusiyalı milyarder şaman ritualı zamanı xoruz qanı içib öldü

Vetenugrunda.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, rusiyalı iş adamı, "Lukoyl"un keçmiş baş meneceri Aleksandr Subbotin iştirak etdiyi şaman ritualı zamanı "axşamdan qalma sərxoşluqdan ayılma" seansında "alternativ təbabət" adı altında qurbağa zəhəri və xoruz qanı içib. Onun halı pisləşsə də təcili yardım çağırılmayıb. 

Mərasim Moskvanın Mıtişi rayonunda keçirilib.

Qeyd edək ki, Əvvəllər "Lukoyl"un direktorlar şurasının üzvü olan Subbotin daha sonra "Novaya Transportnaya Kompaniya" logistika şirkətinin rəhbəri olub.