1300 illik məscidin qalıqları tapılıb

1300 illik məscidin qalıqları tapılıb

İraqın Ziqar vilayətində Əməvilər dövrünə aid məscid aşkar edilib. Bu yerin təxminən 1300 yaşı var. Bu, İraqdakı zəngin arxeoloji sahədə nadir tapıntı sayılır.

İraqda Əməvilər dövrünə aid palçıqdan tikilmiş və təxminən 1300 il yaşı olan məscid aşkar edilib. Bu nadir tapıntının İraqdakı zəngin arxeoloji sahədə aşkar edilməsi böyük tarixi əhəmiyyətə malikdir.

Rəsmilərin bildirdiyinə görə, Britaniya Muzeyinin axtarış qrupu, yerli İraq komandası ilə birlikdə hicri-qəməri 60 və ya miladi 679-cu ilə aid palçıq məscidi aşkar ediblər.

Bu məscid Əl-Rifai şəhərində aşkar edilmişdir. Bir yaşayış şəhərinin ortasında yerləşir. Bu məscidin eni təxminən səkkiz metr, uzunluğu isə beş metrdir. Məscidin ortasında məscidin imamı üçün kiçik bir türbə var. Qazıntının son tapıntılarına görə, o türbəyə 25 nəfər sığar.