Astaranın "Dağlar Gözəli"

Astaranın "Dağlar Gözəli"

Sirri hələ açılmayan, "Dağlar Gözəli", "Açıq Səma Altında Təbii Muzey" adlanan adı qədər qədim olan öz təbiliyini hələ də qoruyub saxlayan "Daş üstündə yaşıl gözəllik olan" Qədim Sım kəndi.

Abidələr xalqın zəngin mədəni irsini təsdiqlə- yən əsas vasitələrdən biridir.Doğma vətənim Astaranın Sım kəndi (Şahlar məkanı da adlanır) tarixi abidələr məskənidir. Talış dilində Sım sözü "qayalıq", "daşlıq", "sıldırım", "hündür" mənalarındadır.

Kənd çoxlu daşlardan və qayalardan ibarətdir. Deyilənlərə görə, bu ərazilərdən keçən karvan yolları Ərdəbilə doğru uzanırmış. Şimaldan cənuba, qərbdən şərqə istiqamətlənən yolların bu ərazidə kəsişməsi, kəndin ətrafında çoxlu qədim qəbiristanlıq qalıqlarının olması, iri daşlar üzərindəki sirli işarələrin mövcudluğu bu kəndin qədim insan məskənlərindən biri olmasını, hətta mərkəz rolunu oynamasını göstərir.

Kəndin ən maraqlı tarixi abidələrindən biri də Şah daşıdır. Şah daşın üstündə oturaraq müəyyən fərmanlar verirmiş, qoşunun fəaliyyətini izləyərmiş, müxtəlif əyləncəli oyunlara tamaşa edərmiş.Şindan qalası, Şirhal şəlaləsi,qədim qəbirlərin çoxluğu, "Buz" mağaraları, çarhovuz, üstündə hələ də sirri tam açılmamış işarələrlə zəngin iri daşların olması bu kəndi tədqiq etməyə imkan verir.

Hazırladı  tarix müəllimi Nuranə Həmidova