Bakı milyonçusu Şeyx-Əli Dadaşov

Bakı milyonçusu  Şeyx-Əli Dadaşov

Köhnə Bakı milyonçuları arasında mərd,səxavətli və heç kimin haqqını yeməyən üç milyonçudan biri olmuş hacı Şeyx-Əli Dadaşovun bu gün vəfat günüdür.

İçərişəhər Cümə məsçidini bu kişi tikdirib. Deyilənə görə bənnalara tikinti zamanı paklığa riayət etməyi dönə-dönə tapşırarmış. Hətta tikintidə çalışanlara iş qurtarandan sonra da yemək yedirdib yola salarmış.

Bakı qırğınları zamanı xalqı silah- sursatla təmin etmiş adamlardandır.

Şəhərdə bir neçə mülk tikdirib, kəndlərdə quyular qazıtdırıb.

İndiyə kimi Maştağa bağlarında "HəcŞxı"quyuları qalıb...

Dəfni zamanı böyük izdiham Hacının nəşini Maştağadakı bağından Bakıya piyada gətiriblər.

Allah onu öz Cənnətində qərar versin! Amin!