Çörçilin "Əl-Kutubiyyə"si 8,285 milyon funt sterlinqə satılıb

Çörçilin "Əl-Kutubiyyə"si 8,285 milyon funt sterlinqə satılıb

Böyük Britaniyanın sabiq baş naziri Vinston Çörçilin çəkdiyi rəsm "Christies" hərracında 8,285 milyon funt sterlinqə satılıb.

Tablonun əvvəlki sahibi isə Ancelina Coli olub.

Rəsm əsərində Mərakeşin Mərrakeş şəhərinin ən böyük məscidi olan- Əl-Kutubiyyə təsvir olunub.

Qeyd edilir ki, əsər təxminən edilən ilkin dəyərindən 4 dəfə baha qiymətə satılıb.

Londonda keçirilən hərracda tablonun yeni sahibinin kimliyi isə bəlli deyil.