Dilçilərimizin "qəşənk" yeniliyi

 
Dilimizdə yenilik etmək istəyənlər bu dəfə "k", "g" və bir-neçə hərfin yerini dəyişməklə kifayətləniblər.
 
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclasında Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub. 
 
Dilçilik İnstitutunun direktoru, akademik, 72 yaşlı Möhsün Nağısoylu müzakirə zamanı deyib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib. 
 
Tədbirdə yeni "Orfoqrafiya lüğət"ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər" sözünün "əskər", "alqı-satqı" sözünün "alğı-satqı", "qəşəng" sözünün "qəşənk" yazılması təklifi qəbul edilib.
Alimlərimiz daha sonra yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağını bildiriblər.