Ermənilər Zəngilanda məscidi donuz fermasına çevirib

Ermənilər Zəngilanda məscidi donuz fermasına çevirib
Ermənilər Zəngilanda yarıdağılmış məscidi donuz fermasına çeviriblər. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, azad edilmiş Zəngilanda ordumuzun əsgərləri bu görüntüləri çəkiblər. Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb. Şəhərin dağılmış məscidlərindən birində Azərbaycan hərbçiləri ermənilərin saxladığı donuzlara rast gəliblər. Bu birinci dəfə deyil. Xarici jurnalistlər də erməni işğalı altında olan torpaqlarımızdakı məscidlərdə donuz və inək fermalarının olduğunu qeyd ediblər. Qeyd edək ki məscid Allahın evi sayılır. Görünən odur ki, ermənilər təkcə insanlara deyil, Yaradana da hörmət etmək əxlaqına sahib deyillər. Müqayisə üçün deyək ki, Azərbaycanda olan erməni kilsələri bu günə qədər qayğı ilə qorunur. Ermənilərin Gəncəyə raket zərbələri nəticəsində Gəncədə olan erməni kilsəsinə zərər dəyib.