Hicrətin birinci əsrində inşa olunan Səhlə məscidi

Hicrətin birinci əsrində inşa olunan Səhlə məscidi

Səhlə məscidi ərazisi qədim və torpağı müqəddəs olmaqla bütün peyğəmbərlərin (ə) ziyarət etdiyi və bəzilərinin məskən saldığı yerdir.

Deyerler.org xəbər verir ki, İmamhussain saytı bu müqəddəs məkanın yeni görüntülərini təqdim edib.

Səhlə məscidi İraqın Kufə şəhərində, Kufə məscidinin şimal-qərbindən 2 km, İmam Əli (ə)-ın müqəddəs hərəminin şərqindən isə 10 km məsafədə yerləşir. Bu məscidin ərazisi qədim və torpağı müqəddəs olmaqla bütün peyğəmbərlərin (ə) ziyarət etdiyi və bəzilərinin məskən saldığı yerdir. Həzrəti Davud (ə), Həzrəti İbrahim (ə), Həzrəti İdris (ə) və Həzrəti Xızır (ə) bu məscidi özlərinə mənzil və iqamətgah etmişdilər.

Ancaq Səhlə məscidinin daha məşhur və dəyərli olması, əsasən Həzrət Məhdinin (ə.f.) adı ilə bağlıdır. Həzrət Məhdi (ə.f.) zühurdan sonra bu məsciddə qalacaq və buranı özünə iqamətgah edəcək.

Eyni zamanda bu məsciddə Həzrət İbrahimin (ə), Həzrət Yunisin (ə), Həzrət İdrisin (ə), Həzrət Salehin (ə), İmam Səccadın (ə), İmam Sadiqin (ə) və İmam Zamanın (ə.f.) məqamları da var.

Bu məscid, möminlərin ibadət etmələri və dualarının qəbul olunması, həmçinin İmamın (ə.f.) müqəddəs məhzərinə (görüşünə) nail olmaq üçün ən çox təkid olunmuş yerdir. Belə ki, bir çox möminlər İmam Zamanı (ə) məhz bu məsciddə görməyə müvəffəq olmuşlar. (deyerler.org)