İlham Əliyevə Milli Qəhrəman adı verilsin-Yazıçılar müraciət etdi

İlham Əliyevə Milli Qəhrəman adı verilsin-Yazıçılar müraciət etdi

Azərbaycanın bir qrup şair və yazıçıları Prezident İlham Əliyevin koronavirusla mübarizə istiqamətində atdığı addımları dəstəklədiklərini bəyan edən müraciət yazıblar.

Onlar müraciəti Milli Məclisin sədri Sahibə Qafarovaya ünvanlayaraq prezidentə Milli Qəhrəman adının verilməsini arzulayıblar:

Vetenugrunda.az müraciəti olduğu kimi təqdim edir:

"Çox hörmətli Sahibə xanım Qafarova!

Belə gərgin və həyəcanlı günlərdə bəşəriyyəti lərzəyə salmış, imtahana çəkmiş koronavirus kimi bir bəla ilə mübarizə apardığımız gərgin vaxtda möhtərəm Prezidentimiz İlham Əliyevin soncuz enerji və hünərlə millətimizin sağlamlığı uğrunda dünya dövlətlərinə nümunə olacaq qətiyyətlə mübarizə aparması, Azərbaycan xalqının sosial ehtiyaclarının hərtərəfli həlli istiqamətində lazımi tədbirlər görməsi əsl fədəkarlıq, igidlik və qəhrəmanlıq nümunəsi kimi ən yüksək qiymətə layiqdir.

Təklif edirik ki, belə bir ali cəngavərliyinə və çevik siyasətinə görə Prezident İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin. Bu, bütün xalqımızın ürəyincə olar. Millətimizin ən layiqli övladlarını birləşdirən Milli Məclisdən bu təklifimizin müdafiə edilməsini Sizdın xahiş edirik.

Hörmətlə,

Azərbaycan Yazıçılar Birliyinin üzvləri:

Yusif Həsənbəy- şair, Azərbaycanın Əməkdar İncəsənət xadimi,

Ramiz Məmmədzadə- şair, ədəbi mükafatlar laureatı,

Adil Cəmil- şair, filologiya üzrə fəlsəfə doktoru, ədəbi mükafatlar laureatı,

Rafiq Hacıyev- publisist, ədəbi mükafatlar laureatı,

Loğman Rəşidzadə- tədqiqatçı-publisist, ədəbi mükafatlar laureatı.

Bakı şəhəri, 19 aprel 2020-ci il".