İndiananın İslam Mərkəzi yaradıcılığın simvolu olacaq

İndiananın İslam Mərkəzi yaradıcılığın simvolu olacaq

Amerikanın İndiana əyalətinin Fişerz şəhərinin "əl-Huda" İslam Müəssisəsi bu şəhərdə inşa etdiyi böyük və cazibədar İslam Mərkəzi və məscidinin açılış mərasimini keçirib.

Bu mərkəzin qapıları İslam dinini bütün dinlərin ardıcıllarına tanıtmaq hədəfi ilə hamının üzünə açıqdır.

Məscidin və İslam Mərkəzinin açılışında iştirak edən Fişerz şəhər meri Scott Fadness bu memarlıq abidəsini gördükdə heyrətini gizlətməyib və bu məscidin şəhərin gözəlliklərindən biri və yaradıcılığın simvolu olacağını vurğulayıb.

Fişerz şəhərinin İslami Azlıqlar Cəmiyyətinin üzvü Şeyx Nasir Kərimian bu məscid barədə danışaraq deyib: Yaxın zamanda burada dini, mədəni, ictimai və idman proqramları hamıya xidmət göstərəcək. Və bu proqramlardan təkcə müsəlmanlar deyil, digər dinlərin də davamçıları istifadə edəcəklər.

O əlavə edib: Bu mərkəz cəmiyyətin bütün fərdlərini qəbul etməyə hazırdır və tez bir zamanda qapılarını əhalinin üzünə açacaq. Bu şəhərin və qonşu rayonların əhalisinə xidmət göstərcək.

"əl-Huda" İslam Mərkəzinin nəzdində idarə, məscid, toplantı salonu, idman salonu və uşaqlar üçün əyləncə otağı fəaliyyət göstərir.

Məscid və İslam Mərkəzinin tikintisinə 2019-cu ildə başlanılıb. Müsəlman xeyriyyəçilərin dəstəyi ilə məscidin inşası 2021-ci ilin May ayında başa çatıb.