İordaniyada bir muzeydə dünyanın ən kiçik Quran nüsxəsi saxlanılır

İordaniyada bir muzeydə dünyanın ən kiçik Quran nüsxəsi saxlanılır

 Uzunluğu 2,5 sm və eni 1,5 sm olan dünyanın ən kiçik çap olunmuş Qurani-Kərimi, İbrahim Əhməd Nəvvar adlı iordaniyalı kolleksiyaçının şəxsi muzeyində saxlanılır.

İbrahim Əhməd Nəvvarın 62 yaşı var. O, İordaniyanın Əl-Səlt şəhərində yaşayır. O, "Xalq İrsi Daimi Muzeyi" adlı şəxsi muzey yaradıb.

Sadə şəraitə malik bu muzeydə o, əksəriyyəti iyirminci əsrin əvvəllərinə aid olan 25 mindən çox qiymətli sənət əsərini saxlayır.

Bu əsərlər arasında uzunluğu 2,5 sm, eni 1,5 sm olan Quranın dünyada ən kiçik çap variantı da var.

İordaniyalı kolleksiyaçı, Quranın bu çap olunmuş nüsxəsini 1980-ci ildə Əl-Səlt şəhərinin bir sakinindən alıb. Ona da bu qiymətli əsər atasından irs qalıb.

Orada Quranın bütün surələri mündəricatı ilə birlikdə, səhifələri zərif, zərlidir. Həmçinin nömrələri var. Onun xətlərini ancaq mikroskop vasitəsilə oxumaq olar.

Bəzi ekspertlər Quranın bu çap variantının 20-ci əsrin əvvəllərinə aid olduğunu, 100 ildən çox yaşı olduğunu hesab edirlər.