Məşhur fotoqraflardan Fələstinə dəstək

Məşhur fotoqraflardan Fələstinə dəstək

İordaniyanın Fotoqrafiya İnstitutu "Dərat əl-Təsvir" dünyanın ən yaxşı fotoqraflarının işlərinin xeyriyyə satışını başa çatdırıb.

Xeyriyyə tədbirinin məqsədi İsrail blokadasında olan Qəzza sektoru sakinlərinə yardımın edilməsidir.

Alıcılar üçün müxtəlif tematikalı 80 bədii foto təqdim edilib. Şəkillərin hər birinin qiyməti 100 dollar olub.

Yarmarka təşkilatçısı Linda əl-Hurinin sözlərinə görə, xeyriyyədə iştirak üçün öz işlərini təqdim etmək dəvəti alan fotoqrafların hamısı böyük sevinclə razılıq veriblər.

4 gün ərzində onların şəkillərinin 240 nüsxəsi satılıb. Sifarişlər isə dünyanın fərqli-fərqli ölkələrindən – ABŞ, Avstraliya, Fars körfəzi ölkələri, Misir və Livandan gəlib.

Əl-Huri qeyd edib ki, əldə edilən pullar Qəzzada kiçik istehsalın inkişafına yardıma, həmçinin uşaqlar üçün incəsənət studiyalarının təşkilinə sərf ediləcək.