Müəllimləri zorla Damlanın konsertinə topladılar

Hadisə Xaçmaz rayonunda baş verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Xaçmaz rayonunda yaşayan müəllim Söhrab Əmrahov sosial şəbəkədə məlumat paylaşıb. O, Damlanın konsertinə zorla aparılan müəllimlərin şəklini də statusa qoyub.

Məlumatı olduğu kimi təqdim edirik: "Hörmət etdiyim ziyalı saydığım Xaçmaz müəllimlətinin və həkimlərinin iş vaxtı məcburi ekarusa yüklənərək "Damla gələcək" deyə, konsertə aparılması rayon ziyalılarına əsil təhqir olduğunu və bu şəxslərin bu millət üçün əsil ziyanlı ünsürlər olduğunu yəqin etdim".

Söhrab Əmrahov adlı şəxsin şəkli.