"Netflix" pedofilliyi təbliğ edir-İTTİHAM

"Netflix" pedofilliyi təbliğ edir-İTTİHAM

Son dövlər böyük auditoriya qazanan "Netflix" şirkəti barədə yeni bir ittiham irəli sürülüb

2020-ci ilin aprel ayından 193 milyon abunəsi olan Amerikanın "Neftlix" kino şirkəti islamafobiya və pedofiliyanı təbliğ edir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, indiyə qədər islamofobiyadan əziyyət çəkən şirkət 11 yaşlı müsəlman qız haqqında çəkdiyi "Mignonnes" ("Sevimli") adlı fransız filmi ilə böyük səs-küyə səbəb olub.

Filmin anons və afişası yayılar-yayılmaz sosial mediada müzakirələrə səbəb olub. "Sevimli"nin o qədər də sevilməməsinin səbəbi isə pedofilliyi təbliğ etməsi olub.

Şirkət bütün bu ittihamlardan sonra 9 sentyabrda təqdimatı nəzərdə tutulan "Mignonnes" filminə görə üzr istəyib və qalmaqallı afişanı çıxardıb.

Filmin hekayəsi qısa formada belədir -11 yaşlı müsəlman qız ailəsinin məhdudiyyətlərinə baxmayaraq, tverk rəqs yarışmasında iştirak edir. Filmin yayılan afişasında yetkinlik yaşına çatmayan qızların seksual pozalarda dayanması qəzəbləri daha da alovlandırıb.

Şirkət üzr istəsə də ("Yersiz görüntülərə görə çox təəssüf edirik. Bu, bir səhv idi. Afişanın şəkil və təsvirini artıq dəyişdirmişik") filmin yayımına yasaq qoyulmayıb.