Polad Həşimov haqda film çəkiləcək

Polad Həşimov haqda film çəkiləcək

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş, Qarabağ həqiqətlərindən bəhs edilən “Komandir” bədii filmi çəkiləcək.

Bu barədə AzTV xəbər verib.

Filmin ssenari müəllifi və rejissoru "100 il şərəfli ömür" və digər əsərlərin müəllifi Cəlalədidn Qasımov, redaktoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Ekran işinin ssenarisi real hadisələrə əsaslanır. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş olunacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-də ermənilən Tovuz rayonu istiqamətində təxribatı nəticəsində Şəhid olub.