"Qarabağ Azərbaycandır" adlı qısa hekayə müsabiqəsi elan olunub

"Qarabağ Azərbaycandır" adlı qısa hekayə müsabiqəsi elan olunub
“Mücrü” nəşriyyatı yeni ədəbiyyat mükafatı – “Mücrü”nü təsis edib. Mükafatın əsas məqsədi Azərbaycanın çağdaş ədəbiyyatının inkişafına təkan vermək, kitabçılığın inkişafı və Azərbaycan müəllifinin oxuculara daha da yaxından tanıdılmasıdır. Yeni təsis edilən ədəbiyyat mükafatı ilk – #QarabağAzərbaycandır! adlı qısa hekayə müsabiqəsini elan edib. Müsabiqənin məqsədi hazırda ön cəbhədə ağır döyüşlərdə böyük şücaətlər göstərən, xalqımıza hər gün zəfər sevincini yaşadan, məğrur, yenilməz Azərbaycan Ordusuna dəstək olmaq, döyüş əzminə güc qatmaq, vətənpərvərliyin təbliğidir. #QarabağAzərbaycandır! qısa hekayə müsabiqəsinə əsərlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində davam edərək və noyabrın 7-də saat 10:00-da başa çatacaq. Hər müəllif müsabiqəyə yalnız bir qısa hekayə göndərə bilər. Əsərləri göndərərkən müəllif adını, ədəbi təxəllüsünü və əlaqə nömrəsini mütləq qeyd etməlidir. Müsabiqənin yaş məhdudiyyəti yoxdur. Hekayələr maksimum 27 sözdən (27 sentyabr Qarabağ uğrunda döyüşlərin başlanmasını simvolizə edir) ibarət olmalıdır. Müsabiqəyə yalnız Azərbaycan dilində yazılmış əsərlər qəbul edilir. Müəlliflər əsərlərini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməlidirlər. Qeyd edək ki, göndərilən əsərlər arasından münsiflər heyətinin seçdiyi 5 nəfər mükafatlandırılacaq. Müsabiqəyə noyabrın 17-də Milli Dirçəliş Günündə yekun vurulması planlaşdırılır. Əsərlər gündəlik “Mücrü ART” (www.mucru.art) portalında yayımlanacaq. Qaliblərə qiymətli hədiyyələr və kitab dəstləri hədiyyə ediləcək. İlk 5 yeri qazanan müəlliflər diplomla təltif olunacaqdır. Müsabiqəyə göndərilmiş əsərlərin hamısı kitab toplu halında nəşr ediləcək.