Qüds şeri adlı beynəlxalq şeir konfransına çağırış

Qüds şeri adlı beynəlxalq şeir konfransına çağırış

"Qüds şeri" adlı beynəlxalq konfrans keçiriləcək. Bu konfrans bir neçə qurum və mədəniyyət ocağı , o cümlədən, Müqavimət Şairlər Birliyi, Oyanış Şairlər Birliyi və s. qurumlar tərəfindən təşkil olunub.

"Qüds şeri" adlı beynəlxalq konfrans keçiriləcək. Bu konfrans bir neçə qurum və mədəniyyət ocağı , o cümlədən, Müqavimət Şairlər Birliyi, Oyanış Şairlər Birliyi və s. qurumlar tərəfindən təşkil olunub. Şeirlər may ayının 7-dək (Qüds gününədək) "Fələstin İslam dünyasının qabaqcıl məsələsi", "Beytül-Müqəddəs müsəlmanların birinci qibləsi", "İsrail, hörümçək evi tək süst və bünövrəsiz", "Hacı Qasim - Qüds Şəhidi" mövzuları ilə konqres katibliyinə təqdim olunmalıdır. Qaliblərə qiymətli hədiyyələr veriləcək. İştirak etmək istəyənlər votsop və teleqram 09120960153 və This email address is being protected from spambots. You need JavaScript enabled to view it. email ünvanlarına müraciət etməlidir.

Qeyd edək ki, 1982-ci ildə İmam Xomeyninin (r.ə) təşəbbüsü ilə Mübarək Ramazan ayının son cümə günü Qüds Günü elan olundu. Beynəlxalq Qüds günündə dünyanın müxtəlif ölkələrində müsəlmanlar, torpaqları işğal olunmuş və zülmə məruz qalmış Fələstin xalqına dəstək çıxaraq dolayısı ilə dünyada baş verən işğalçı siyasətə öz etirazlarını bildirirlər. Bu il Beynəlalq Qüds günü may ayının 22-nə təsadüf edir.