Səfəvilərin memarlıq inciləri-Qarğabazarı karvansarayı

 Səfəvilərin memarlıq inciləri-Qarğabazarı karvansarayı

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən Səfəvilər dövrünə (1501-1722) aid olan bu karvansaray haqqında məşhur tarixçilər (M. Useynov, L.Bretanitskiy, A.Salamzadə. Azərbaycanın memarlıq tarixi (1963-cü il., səh. 233), Garabakh – the eternal memory of Azerbaijan heritage. (2008-ci il., səh. 255) və s.) öz əsərlərində yer ayırıblar. 

Dar cənub tərəfdən karvansaraya giriş böyük tağdan və ona bitişik olan iki otaqdan ibarətdir. Karvansarayın əsas yaşayış otaqları girişlə üzbəüz olan, uzun həyətin ensiz şimal tərəfində yerləşir. Bu otaqların əhəmiyyəti onların yüksəklik üzərində inşa edilməsində əks olunur. Otaqların qapılarının açıldığı yuxarı səki üç tağlı monumental eyvan şəklində inşa edilmişdir. Girişin sağ və sol tərəfində iki böyük lövhə yerləşir.

Bəzi tədqiqatçıların fikrincə, gözətçilər onların üstünə çıxaraq karvansaraya daxil olan karvanların yüklərini yoxlayırdılar.

Füzuli rayonunun 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə məscid və karvansaray vandalizmə məruz qalıb.