Şəhid əmisinin qisasını alan Ürfan

Şəhid əmisinin qisasını alan Ürfan

Gizir Məmmədov Ürfan Çingiz oğlu1994-cü ilin 28 iyununda Quba rayon Çartəpə kəndində dünyaya göz açıb.  2020-ci ilin 28 sentyabr tarixində sakini, Talış kəndi ətrafında gedən döyüşlərdə Şəhadətə yüksəlib.

Ürfanın əmisi 1972-ci il təvəllüdlü Məmmədov Mais Əzəmməd oğlu da 1-ci Qarabağ müharibəsində Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Ürfan lap uşaqlıqdan böyüyüb, əmisinin qisasını alacağını qarşısına məqsəd qoyur. O, əmisinin və eləcə də digər Şəhidlərimizin, yurd-yuvasından didərgin salınanan insanlarımızın da qisasını aldı. Ürfan Məmmədov "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şəhid gizirimiz Ürfan Məmmədov

Canı ilə Vətənin qoruyan Şəhidlərimizə bir canımızı da borcluyuq.

Çartəpə kənd sakini Tural Orucov Şəhid həmkəndlisinə həsr etdiyi şeirini Vetenugrunda.az-a göndərib. Şeiri oxucularımıza təqdim edirik:

Bir Şəhid doğuldu döyüş anında

Gülərək sabaha açdı gözünü.

İndi əmisinin durub yanında

Gülərək bölüşür ürək sözünü.

Əmi, mənən Ürfan

Sənin qisasını alıb gəlmişəm

Sən olan Ucalıq xəyalım idi,

Mən sənin yanına qalib gəlmişəm!