Suriyalı xəttat Qurani-Kərimi kitabət edib

Suriyalı xəttat Qurani-Kərimi kitabət edib

Suriyalı hüsnxətt ustadı və xəttat Əksəm Səlamə ən sadə hüsnxətt alətləri ilə böyük bir Qurani-Kərim nüsxəsini kitabət edib.

O, bu işə 3 il yarım dayanmadan vaxt sərf etdikdən sonra səbr və diqqətlə yazdığı Quran nüsxəsini və başladığı bu mübarək işi tamamlaya bilib.

Doğruluğu əd-Daliyə kəndinin 12 ruhanisi tərəfindən yoxlanılmış bu əlyazma Quran nüsxəsi gözəl xətlə yazılıb. Vərəqlərin haşiyələri bəzədilib.

Bu Quran nüsxəsinin hər bir səhifəsi bir-birininə yapışdırılmış 9 vərəqdən ibarətdir ki, bu 9 vərəqin uzunluğu 100 sm və eni 85-sm.dir.

Əlyazma Müshəfin üz qabığı üçqat taxtadan hazırlanıb. Bu taxtalar açılıb bağlanmaq cəhətindən Quranın qiraətini asanlaşdırır və üz qabığını qoruyur. 

کتابت مصحفی بزرگ با ساده ترین ابزار خوشنویسی توسط خطاط سوری + عکس