"Teatrların açılması müzakirə edilir"

"Teatrların açılması müzakirə edilir"

Anar Kərimov: "Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir" 

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.

Nazirin sözlərinə görə,pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir: "Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır, təbii ki, burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq".

A.Kərimov teatrların açılacağı təqdirdə dünya praktikasında istifadə olunan məhdudiyyətlərin və sosial məsafə qaydalarının tətbiq ediləcəyini vurğulayıb. (apa)